Vasili İstratov Rusiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin olunub. Trend in xəbər verdiyi kimi, RF prezidentinin təyinat haqqında imzaladığı fərman Kremlin rəsmi saytında yerləşdirilib.
Rusiyanın Bakıdakı diplomatik nümayəndəliyinə 2004-cü ilin sentyabrından heç kim rəhbərlik etməyib. RF-nin Azərbaycanda əvvəlki səfiri Nikolay Ryabov olub. V.İstratovun məlumatına görə, o, yeni təyinat yerinə iyulda gəlməyi planlaşdırır. Yeni səfir bildirib ki, Rusiya və Azərbaycan arasında əlaqələrin "inkişafı və möhkəmlənməsi" üçün əlindən gələni edəcək.
Vasili İstratov 30 dekabr 1954-cü ildə anadan olub. İxtisasca tarixçidir.
1996-cı ildən RF XİN-in Şimali Amerika departamentinin direktor müavini vəzifəsində çalışıb.