...

Azərbaycanın baş naziri MDB ölkələrinin müdafiə nazirləri Şurası iclasının iştirakçılarını qəbul edib

Siyasət Materials 31 May 2006 15:51 (UTC +04:00)

Trend in xəbər verdiyi kimi, mayın 31-də Azərbaycanın baş naziri Artur Rəsizadə MDB ölkələri müdafiə nazirləri Şurasının Bakıda keçirilmiş 50-ci yubiley iclasının iştirakçılarının nümayəndə heyətlərini qəbul edib.

Ölkə hökumətinin başçısı Birlik çərçivəsində müxtəlif idarələr arasında qurulmuş əlaqələrdən danışaraq müdafiə nazirləri Şurasının fəaliyyətini MDB strukturlarında əməkdaşlığın mühüm elementlərindən biri kimi qiymətləndirib.

MDB ölkələrinin müdafiə nazirləri Şurasının sədri, RF-nin müdafiə naziri Sergey İvanov Şuranın işinin yaxşı təşkilinə görə Azərbaycan tərəfinə təşəkkürünü bildirib və Şuranın gündəliyinə çıxarılmış məsələlər, əldə olunmuş razılıqlar, o cümlədən 2007-ci ildə planlaşdırılan birgə təlimlər barədə A.Rəsizadəyə məlumat verib.

Xəbər lenti

Xəbər lenti