...

ATƏT-in Bakı ofisində müxalifət partiyalarının rəhbərləri ilə görüş keçirilib

Siyasət Materials 31 May 2006 17:21 (UTC +04:00)

Mayın 31-də ATƏT-in Bakı ofisində İspaniya, Norveç, Almaniya və Lixtenşteynin ATƏT-dəki daimi nümayəndəliklərinin rəhbərləri ilə müxalifət partiyalarının rəhbərlərinin görüşü olub. Trend xəbər verir ki, görüşdə mövcud siyasi vəziyyət, demokratiya və insan haqları sahəsindəki durum, Ermənistan-Azərbaycan münaqişəsinin həlli yolları, eləcə də Azərbaycan-ATƏT münasibətlərinin perspektivi ilə bağlı geniş fikir mübadiləsi aparılıb.

Görüşdə "Azadlıq" siyasi blokuna daxil olan partiya rəhbərləri, Vətəndaş Həmrəyliyi partiyasının sədri Sabir Rüstəmxanlı və digər müxalifət partiya rəhbərlərinin iştirak etdiyi bildirilib.

Görüşdə Müsavat Partiyasını təmsil edən partiya başqanının müavini Sülhəddin Əkbər qarşı tərəfdən İranda insan haqlarının qorunmasına və Güney Azərbaycanda cərəyan edən son proseslərə diqqət yetirməyə çağırıb.

Görüşdə İspaniyanın ATƏT-in daimi nümayəndəliyinin rəhbəri, səfir Karlos Sançes de Boada da iştirak edib.

Xəbər lenti

Xəbər lenti