...

Müxalifət liderləri ABŞ səfirliyində senatorun nümayəndəsi ilə görüşüb

Siyasət Materials 31 May 2006 17:30 (UTC +04:00)

Müxalifət liderləri mayın 31-də ABŞ senatının nümayəndəsi senator Baydenin təmsilçisi Tomican Tillermannla görüşüb. Bu barədə Trend ə görüşdə iştirak edən "Yeni Siyasət" blokunun təsisçilərindən olan Eldar Namazov bildirib.

E.Namazov görüşdə Azərbaycandakı mövcud ictimai-siyasi durum, insan haqları və demokratiya sahəsindəki vəziyyət, 13 may təkrar parlament seçkiləri və beynəlxalq təşkilatların seçkilərin nəticələri ilə bağlı tutduğu mövqe, habelə Dağlıq Qarabağ probleminin həlli yolları və Güney Azərbaycanda soydaşlarımızın hüquqları uğrunda başlatdığı hərəkatın müzakirə olunduğunu bildirib.

Görüşdə "Azadlıq" siyasi blokundan ADP sədrinin birinci müavini Sərdar Cəlaloğlu və ALP-nin İcraiyyə Komitəsinin sədri Əvəz Temirxan, Müsavat Partiyasının başqanı İsa Qəmbər və AMİP lideri Etibar Məmmədov iştirak edib. Görüş ABŞ səfirliyində keçirilib.

Xəbər lenti

Xəbər lenti