...

Spikerin müavini İspaniyanın ATƏT-dəki səfirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Siyasət Materials 31 May 2006 19:34 (UTC +04:00)

Milli Məclisin sədr müavini Bahar Muradova mayın 31-də İspaniyanın ATƏT-dəki səfiri Sançez de Boadonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

B.Muradova Azərbaycanın ATƏT kimi nüfuzlu beynəlxalq təşkilatla əlaqələrin inkişafına böyük maraq göstərdiyini bildirib: "Azərbaycan demokratik, dünyəvi vətəndaş cəmiyyətinin qurulmasında təşkilatın müvafiq strukturları ilə əlaqələrin inkişafına böyük diqqət yetirir. Bu təşkilatın yardımı ilə polis və sərhəd nəzarəti sahələrində bir sıra layihələr həyata keçirilib, müxtəlif mövzular üzrə seminarlar aparılıb".

B.Muradova onu da bildirib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in səylərini artıracağına böyük ümidlər bəsləyir.

Regiona səfərinin məqsədini açıqlayan qonaq qeyd edib ki, onun başçılıq etdiyi missiya tanışlıq xarakteri daşıyır. Nümayəndə heyətinin üzvləri Azərbaycanda gördüklərindən məmnundurlar. Onlar inanırlar ki, respublika demokratik və dünyəvi cəmiyyət quruculuğu yolunda daha böyük uğurlar əldə edəcək.

Xəbər lenti

Xəbər lenti