...

Fazil Qəzənfəroğlu: "Böyük Quruluş və Ədalət rartiyaları arasında bağlanılacaq əməkdaşlıq sazişi əsasında gələcəkdə blok yaradıla bilər"

Siyasət Materials 1 İyun 2006 12:27 (UTC +04:00)

Böyük Quruluş Partiyası (BQP) ilə Ədalət Partiyası arasında bağlanılacaq əməkdaşlıq sazişi əsasında gələcəkdə blok yaradıla bilər. Bu barədə Trend ə BQP sədri, millət vəkili Fazil Qəzənfəroğlu bildirib.

F.Qəzənfəroğlu bildirib ki, hər iki partiyanın birgə əməkdaşlıq göstərməsi ilə bağlı istəyi var: "Burada söhbət birləşməkdən yox, fəaliyyətimizin koordinasiya olunmasından gedir. Hələlik bu məsələ ilə bağlı konkret müzakirələr aparılmayıb. Ancaq bu müzakirələr gündəmdədir. Yaxın vaxtlarda bu məsələni reallaşdıracağıq".

BQP sədri onu da vurğulayıb ki, Ədalət Partiyası ilə əməkdaşlıqları istənilən səviyyədə inkişaf edərsə, gələcəkdə blok yaratmaq barədə düşünəcəklər: "Siyasi bloklar seçkilər ərəfəsində yaranır. Prezident seçkilərinə isə hələ bir müddət qalır. Əməkdaşlığımız səmərə verəcəksə, bu məsələni də reallaşdıracağıq".

Xəbər lenti

Xəbər lenti