...

İsa Qəmbər MDİ-nin Azərbaycan üzrə direktoru Emi Şultsla görüşüb

Siyasət Materials 1 İyun 2006 16:20 (UTC +04:00)

Müsavat Partiyasının başqanı İsa Qəmbər iyunun 1-də Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycan üzrə direktoru xanım Emi Şultsla görüşüb. Bu barədə Trend ə Müsavat Partiyasının mətbuat xidmətindən bildiriblər.

Görüşdə ölkədəki mövcud ictimai-siyasi durum, insan haqları və demokratiya sahəsindəki vəziyyət, 13 may təkrar parlament seçkiləri və beynəlxalq təşkilatların seçkilərin nəticələri ilə bağlı tutduğu mövqe, eləcə də MDİ ilə Müsavat Partiyası arasında münasibətlərin inkişafı geniş müzakirə olunub.

Görüş Müsavat Partiyasının qərargahında keçirilib.

Xəbər lenti

Xəbər lenti