...

DİN Baş Cinayət Axtarış İdarəsinin və paytaxt polisinin təcrübəli əməkdaşlarından ibarət xüsusi qrup yaradılıb

Siyasət Materials 1 İyun 2006 17:00 (UTC +04:00)

Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin (DİN BCAİ) və paytaxt polisinin təcrübəli əməkdaşlarından ibarət xüsusi qrup yaradılıb. Bu barədə Trend ə DİN mətbuat xidmətindən məlumat verilib.

Yeni yaradılmış qrup ərazi polis orqanları ilə birgə fəaliyyət göstərəcəklər. Qrupu yaratmaqda məqsəd əvvəllər bağlı qalmış quldurluq və soyğunçuluq cinayətlərinin üstünün açılmasını təmin etməkdir.

Qeyd edək ki, hələ qrup yaradılmamışdan əvvəl daxili işlər orqanlarının əməkdaşları tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində təkcə 2005-ci ildə quldurluq və soyğnçuluq cinayətləri törətmiş 224 şəxs müəyyən edilib. Axtarışda olan 91 təqsirləndirilən şəxs tutulub, 38 cinayətkar qrup zərərsizləşdirilib. Qeydə alınmış 165 quldurluq hadisəsindən 119-nun, soyğunçuluq cinayətlərindən isə 74-nün üstünün açılması təmin olunub.

Cinayətlərin açılmasını təmin etməklə yanaşı, son vaxtlar şəhər və rayon polis idarələrində şəxsi heyətin geyim qaydaları, nizam-intizama riayət məsələləri də nəzarətdə saxlanılır.

Həmçinin daxili işlər orqanları əməkdaşlarınvn fiziki, peşəkar və döyüş hazırlıqları səviyyəsinin yüksəldilməsi məsələlərinə xüsusi diqqət ayrılır. Bununla bağlı DİN rəhbərliyinin müvafiq tələblərinə əməl etməyən vəzifəli şəxslər barəsində isə ciddi intizam və təşkilati tədbirlər görülür.

Xəbər lenti

Xəbər lenti