...

Prezident İlham Əliyev Tacikistanın müdafiə naziri general-polkovnik Şirəli Xayrulloyevi qəbul edib

Siyasət Materials 1 İyun 2006 17:16 (UTC +04:00)

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev iyunun 1-də Tacikistanın müdafiə naziri general-polkovnik Şirəli Xayrulloyevi qəbul edib. Trend xəbər verir ki, görüşdə ölkələrimizin müxtəlif sahələrdə əlaqələrinin inkişaf etdiyi vurğulanıb.

Ş.Xayrulloyev Tacikiastan prezidenti Emoməli Rəhmonovun salamlarını prezident İlham Əliyevə çatdırıb. Prezident İlham Əliyev də öz növbəsində salamlarını Tacikistan prezidentinə çatdırmağı müdafiə nazirindən xahiş edib.

Xəbər lenti

Xəbər lenti