...

Turan Moralı: Bakıda keçiriləcək neft-qaz sərgisində iştirak edəcək Türkiyə nümayəndə heyətinin tərkibi ilə bağlı məsələ açıq qalır

Siyasət Materials 2 İyun 2006 10:54 (UTC +04:00)
Turan Moralı: Bakıda keçiriləcək neft-qaz sərgisində iştirak edəcək Türkiyə nümayəndə heyətinin tərkibi ilə bağlı məsələ açıq qalır

Azərbaycanda keçiriləcək 13-cü neft-qaz sərgisində iştirak edəcək Türkiyə nümayəndə heyətinin rəhbərliyi ilə bağlı məsələ açıq qalır. Bu barədə Trend in müxbirinə Türkiyənin Azərbaycandakı səfiri Turan Moralı məlumat verib.

Onun sözlərinə görə, əvvəlcə nümayəndə heyətinə energetika və təbii sərvətlər naziri Hilmi Gülər başçılıq etməli idi. "Ancaq müəyyən daxili siyasi məsələlərlə əlaqədar onun Azərbaycana səfəri hələ konkretləşdirilməyib".

T. Moralı nümayəndə heyətinə Hilmi Gülərin müavinlərindən birinin başçılıq edəcəyini istisna etməyib.

"Bu tədbirlə bağlı bütün təşkilati məsələləri TPAO şirkəti həyata keçirir", - deyə səfir bildirib. Onun sözlərinə görə, nümayəndə heyətinin tərkibinə Türkiyə XİN başçısının müavini, iqtisadi məsələlərlə məşğul olan Mithat Balkan da daxil olacaq.

Qeyd edək ki, iyunun 6-9-da Heydər Əliyev adına idman-konsert kompleksində "Xəzər neft-qaz, neft emalı və neft kimya-2006" adlı 13-cü beynəlxalq sərgi-konfrans keçiriləcək. Sərgidə 30 ölkədən təxminən 350 şirkət iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti