...

Mirmahmud Mirəlioğlu: "Müxalifətin vahid milli güc mərkəzində formalaşmasına dəstək zəifdir"

Siyasət Materials 2 İyun 2006 12:23 (UTC +04:00)

Müxalifətin vahid milli güc mərkəzində formalaşmasına dəstək zəifdir. Bu barədə Trend ə Klassik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (KAXCP) sədri Mirmahmud Mirəlioğlu bildirib.

Qeyd ğedək ki, M.Mirəlioğlu hələ 2005-ci il 6 noyabr parlament seçkilərindən öncə müxalifətin vahid güc mərkəzində formalaşması ideyasını irəli sürmüşdü.

KAXCP sədri onu da bildirib ki, İranda soydaşlarımızla bağlı məlum hadisələrin baş verməsi bu mövqeyin nə dərəcədə doğru olduğuna əsas verir: "Bu ümumilli məsələdir və bir yerdə olmalıyıq". M.Mirəlioğlu onu da vurğulayıb ki, müxalifətin vahid milli güc mərkəzində formalaşması ilə bağlı ayrı-ayrı siyasi partiya rəhbərləri ilə danışıqlar aparılsa da, bu hələlik reallaşmayıb. Səbəbini isə şəxsi iddiaların olması ilə əlaqələndirib.

Xəbər lenti

Xəbər lenti