...

Azərbaycan XİN İranın nüvə problemi ilə əlaqədar bütün tərəfləri qarşıdurma yarada biləcək addımlardan imtina etməyə çağırır

Siyasət Materials 2 İyun 2006 14:05 (UTC +04:00)
Azərbaycan XİN İranın nüvə problemi ilə əlaqədar bütün tərəfləri qarşıdurma yarada biləcək addımlardan imtina etməyə çağırır

Rəsmi Bakı İranın nüvə problemi ilə əlaqədar israrlı olaraq bütün tərəfləri qarşıdurma yarada biləcək addımlardan çəkinməyə və konstruktiv əlaqə yolu ilə getməyə çağırıb. Trend in xəbər verdiyinə görə, bu barədə İİR-ın nüvə proqramı ətrafında vəziyyətin nizamlanma perspektivləri ilə əlaqədar ABŞ-ın sonuncu təklifini nəzərə alaraq, Azərbaycan XİN-nin bəyanatında deyilir:

"İranın nüvə proqramı ətrafında vəziyyətin davam edən müzakirələri haqqında biz BMT-nin üzvü olan hər bir dövlətin MAQATE ilə əməkdaşlıqda sülh məqsədi ilə nüvə proqramını inkişaf etdirmək üçün suveren hüquqa malik olduğunu anlayaraq, Azərbaycanın məsələnin sülh yolu ilə həll olunmasının tətəfdarı olduğunu təsdiqləyirik, - bəyanatda deyilib. - Biz ABŞ-ın məsələnin diplomatik həllini tapmaq üçün yaxşı imkan yarada biləcək təklifini salamlayırıq".

Azərbaycan XİN Cənubi Qafqaz və Xəzər regionunda stabilliyin və təhlükəsizliyin möhkəmlənməsinin vacibliyini xüsusi olaraq nəzərə çarpdırıb.

Xəbər lenti

Xəbər lenti