...

Ayaz Rüstəmov: "Yer problemimiz həll olunmasa,AMİP-in qurultayı iyunun 11-dən sonra keçiriləcək"

Siyasət Materials 2 İyun 2006 15:22 (UTC +04:00)

Yer problemi qurultayımızın keçirilməsinə mane olan başlıca amildir. Bu barədə Trend ə Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) sədrinin əvəzi, partiyanın Mərkəzi Şurasının sədri Ayaz Rüstəmov bildirib.

Qeyd edək ki, AMİP növbəti qurultayını əvvəlcə mayın 7-ə planlaşdırmışdı. Lakin texniki səbəblər üzündən qurultay mayın 21-ə, daha sonra isə iyunun 4-ə keçirildi. A.Rüstəmov onu da bildirib ki, hətta Bakı Əyləncə Mərkəzinin "Eliza" zalını iyunun 4-də icarəyə götürməklə bağlı razılıq da əldə olunmuşdu: "Beh vermək istəyirdik ki, bizə məlum olan səbəblər üzündən razılaşma pozuldu".

AMİP rəsmisi onu da vurğulayıb ki, qurultayın gecikməsi partiya daxilində də narahatlıq doğurub. A.Rüstəmov qeyd edib ki, "Avropa" oteli ilə "Hyatt Recensi" otelini icarələmək haqqında fikirləşirlər: "Digər varinatlarımız da var. Əgər yer problemi həll olunarsa qurultayımızı keçirəcəyik". A.Rüstəmov onu da bildirib ki, ola bilsin qurultay iyunun 11-dən sonra keçirilsin: "Düzdür, mən demişdim ki, qurultayımızı iyunun 11-dək keçirəcəyik. Amma proseslər onu göstərir ki, bu tarixə qədər də istəyimizi həyata keçirə bilməyəcəyik. Buna görə də konkret tarix söyləyə bilməyəcəm".

Xəbər lenti

Xəbər lenti