...

İlham Əliyev: "Azərbaycan İrana qarşı hərbi aksiyanı dəstəkləməyəcək

Siyasət Materials 2 İyun 2006 15:42 (UTC +04:00)
İlham Əliyev: "Azərbaycan İrana qarşı hərbi aksiyanı dəstəkləməyəcək

"Azərbaycan" İrana qarşı hərbi aksiyanı dəstəkləməyəcək və Vaşinqton bunu anlayır". Trend in İTAR-TASS-a istinadən xəbər verdiyi kimi, bu barədə "Fiqaro" qəzetinə müsahibəsində Azərbaycan prezidenti İlham Əliyev bəyan edib.

O, hərbi əməliyyat nəticəsində bütün regionda sabitliyin pozula biləcəyi barədə xəbərdar edib.

"Biz ABŞ və qonşu İran arasında münaqişənin yarada biləcəyi təhlükədən ciddi narahatıq. Bu, bizim üçün televizordan tamaşa edə və istənilən zaman söndürə biləcəyimiz hansısa uzaq hadisə olmayacaq, - deyə İ.Əliyev bildirib.

"Biz hesab edirik ki, yaranmış vəziyyətdə ziddiyyətlərin sülh, diplomatik yollarla və xoşməramlı atmosferdə həllinə nail olmağa çalışmaq lazımdır", - deyə ölkə prezidenti vurğulayıb.

Xəbər lenti

Xəbər lenti