...

Britaniya tankeri Ceyhanda Azərbaycan neftilə doldurulmuş ilk tankeri qəbul edir

Siyasət Materials 2 İyun 2006 18:19 (UTC +04:00)
Britaniya tankeri Ceyhanda Azərbaycan neftilə doldurulmuş ilk tankeri qəbul edir

Ceyhanda Azərbaycan neftinin ilk tankerə doldurulması iyunun 2-də başlanıb. Bu barədə Trend agentliyin "İxlas"a istinadən xəbər verir.

Azərbaycan nefti Böyük Britaniyanın "Catoni" gəmiçilik agentliyinə məxsus "The British Hawtharne" tankerinə doldurulub.

Neft Bakı-Tbilisi-Ceyhan neft boru kəmərilə nəql olunur və artıq Amerikanın Exxon-Mobil şirkəti tərəfindən alınıb.

Bakı-Tiblisi-Ceyhan neft kəmərinin maksimal nəql etmə qabiliyyəti gündə 1 mln. barel təşkil edir.

Xəbər lenti

Xəbər lenti