...

Azərbaycanın Baş prokuroru Strasburqdan qayıdıb

Siyasət Materials 3 İyun 2006 13:00 (UTC +04:00)

İyunun 3-də Azərbaycanın baş prokuroru Zakir Qaralovun rəhbərlik etdiyi nümayəndə heyəti Strasburqdan işgüzar səfərdən qayıdıb. Bu barədə Trend ə Azərbaycan Respublikası Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Baş prokuror Avropa Şurasının və Avropa Komissiyasının Ukraynada və Cənubi Qafqazda demokratik proseslərin inkişafı ilə bağlı informasiya mübadiləsinə dair keçirdiyi konfransın işində iştirak edib.

Səfər çərçivəsində nümayəndə heyəti həmçinin Avropa Şurasının baş katibi T.Devislə, qurumun başqa rəhbərləri ilə çoxçsaylı görüşlər keçirilblər.

Görüşlərdə Azərbaycan və Avropa Şurası arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə edilib. Prokurorluq, ədliyyə, daxili işlər nazirlikləri və digər qurumlar arasında əməkdaşlığın perspektivləri müzakirə obyekti olub. Görüşlərdə Azərbaycanla Avropa Şurası arasında bir sıra sahələrdə əməkdaşlıq məsələlərinə, görülən işlərə dair fikir mübadiləsi aparılıb.

Xəbər lenti

Xəbər lenti