...

Spiker Oqtay Əsədov Tallinndə Albaniya və Gürcüstan parlamentlərinin rəhbərləri və Estoniya prezidenti ilə görüşüb

Siyasət Materials 5 İyun 2006 12:53 (UTC +04:00)

Avropa Şurası ölkələri parlament sədrlərinin Tallinn sammitində iştirak edən Milli Məclisin sədri Oqtay Əsədov Albaniya parlamentinin sədri Jozefina Topalli ilə görüşüb. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.

Görüşdə ölkələrimiz arasında əlaqələrin inkişaf perspektivləri müzakirə olunub, iqtisadi əməkdaşlığın genişləndirilməsinin, bu sahəyə xüsusi diqqət yetirilməsinin vacibliyi qeyd edilib.

Milli Məclisin sədri Oqtay Əsədov Gürcüstan parlamentinin rəhbəri Nino Burcanadze ilə də görüşüb. Bu görüşdə qarşılıqlı maraq doğuran bir sıra vacib məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Ölkələrimiz arasındakı münasibətlərin çox yaxşı səviyyədə olduğu bildirilib, Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan kəməri ilə Ceyhan limanına çatması tarixi hadisə kimi qiymətləndirilib.

Oqtay Əsədovun Avropa Şurası Parlament Assambleyasının sədri Rene van der Lindenlə görüşündə ikitərəfli münasibətlərin daha da dərinləşdirilməsinin, əlaqələrin inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Milli Məclisin sədri Tallinn sammitində iştirak edən digər ölkələrin nümayəndə heyətlərinin rəhbərləri ilə də qısa görüşlər keçirib.

Milli Məclisin sədri Oqtay Əsədov Estoniya prezidenti Arnold Ryütellə görüşərək Azərbaycan-Estoniya əlaqələrinin inkişaf etdirilməsi ilə bağlı bir sıra məsələləri müzakirə edib. Ölkələrimiz arasında əlaqələrin genişləndirilməsi üçün böyük potensial imkanların olduğü bildirilib. Görüşdə Estoniyada Azərbaycan diasporunun fəaliyyəti, iqtisadi əməkdaşlığın perspektivləri, parlamentlərin qarşılıqlı münasibətləri və digər məsələlər diqqət mərkəzində olub.

Xəbər lenti

Xəbər lenti