...

Şirvan Milli parkında yanğın olub

Siyasət Materials 5 İyun 2006 13:11 (UTC +04:00)

Şirvan Milli parkının ərazisində yanğın baş verib. Ceyranların otlaq və balalama ərazisini əhtə edən şiddətli yanğıq onlarla sürünənin, tısbağaların, müxtəlif heyvan balalarının, çöl quşu yuvalarının və onların yumurtalarının, xeyli yulğun bitkisinin məhvinə səbəb olub.

Salyan yanğından mühafizə xidmətindən verilən məlumata görə, yanğın 2 saata yaxın davam edib və 5,7 hektar sahəni əhatə edib. Respublika Ekologiya və təbii sərvətlər nazirliyinin Əlibayramlıdakı idarəsindən isə bildiriblər ki, nazirlik tərəfindən yaradılmış komissiya təbiətə dəymiş ziyanı araşdırıb, yaxın günlərdə müəyyən etdikdən sonra açıqlama verəcək.

Bəri başdan demək olar ki, ziyan elə də böyük deyil, çünki qoruğun kiçik bir ərazisini əhatə edib. Yanğın zamanı Milli parkda çaxlanan ceyranlara xətər toxunmayıb. Hadisənin baş verməsinə bitişik ərazidən keçən Bakı-Astara avtomobil yolunda hərəkət edən hansısa avtomobildən atılmış tüstüləyən siqaretin quru ota düşməsi ehtimal edilir.

Xəbər lenti

Xəbər lenti