...

Azərbaycan prezidenti ATƏT-in hazırkı sədri, ABŞ prezidenti köməkçisinin müavini və Avropa Şurasının baş katibi ilə görüşüb

Siyasət Materials 5 İyun 2006 20:08 (UTC +04:00)

Trend agentliyinin məlumatına əsasən, Azərbaycan prezidenti İlham Əliyev iyunun 5-də Buxarestdə ATƏT-in hazırkı sədri, Belçikanın xarici işlər naziri Karel de Quxtla görüşüb. Görüşdə Azərbaycan-Ermənistan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafındakı vəziyyət və digər məsələlər müzakirə olunub.

Karel de Quxt İlham Əliyevi Azərbaycan netfinin Ceyhan limanına çatdırılması münasibətilə təbrik edib.

Prezident həmçinin ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi müavini Ceyms Krouçu qəbul edib. Görüşdə Azərbaycan-Amerika münasibətlərinin yüksək səviyyədə olması və uğurla inkişaf etdirilməsi qeyd olunub, eləcə də Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ətrafındakı mövcud vəziyyət müzakirə olunub. C.Krouç da İ.Əliyevi Azərbaycan netfinin Ceyhan limanına çatdırılması münasibətilə təbrik edib.

İ.Əliyev həmçinin Avropa Şurasının baş katibi Terri Devislə görüşərək bu təşkilatla əməkdaşlıq məsələlərini miüzakirə edib.

Xəbər lenti

Xəbər lenti