...

Gürcüstan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin istimara verilməsi münasibətilə gümüş sikkə buraxıb

Siyasət Materials 5 İyun 2006 20:14 (UTC +04:00)

Polşa zərbxanası Gürcüstan Milli Bankının sifarişilə Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin istismara verilməsi münasibətilə gümüş sikkə büraxıb. Bu barədə Trend in Gürcüstandakı xüsusi müxbirinə Milli Bankın mətbuat xidmətindən xəbər verilib.

Yubiley sikkələri iyunun 19-dan dövriyəyə buraxılacaq.

Gürcstan Milli Bankının prezidenti Roman Qotsiridze qeyd edib ki, bu sikkəyə böyük tələbatın olacağı proqnozlaşdırılır.

Qeyd edək ki, azərbaycan neftilə doldurulmuş ilk tankerin Ceyhana rəsmi çatdırılma mərasimi iyulun 13-də keçiriləcək. Mərasimdə Azərbaycan, Gürcüstan və Türkiyə prezidentləri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti