...

Prezident Rumıniyadan vətənə qayıdıb

Siyasət Materials 5 İyun 2006 20:40 (UTC +04:00)

"Dialoq və Tərəfdaşlıq naminə" Qara dəniz forumunda iştirak edən Azərbaycan Respublikasının prezidenti İlham Əliyev bu gün Bakıya gəlib. Trend xəbər verir ki, forumda Rumıniya, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Azərbaycan prezidentləri enerji təhlükəsizliyi, o cümlədən Asiyadan Avropaya alternativ enerji daşıyıcılarının nəqli məsələlərini müzakirə ediblər.

İlham Əliyev Buxarestdə Rumıniyanın keçmiş prezidenti, senator İon İliyesku, Rumıniya dövlət başçısının sarayında Rumıniya prezidenti Trayan Besesku, Avropa Şurasının baş katibi Terri Devis ilə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisinin müavini Ceyms Krounla, ATƏT-in hazırkı sədri Karel de Quxt ilə görüşüb.

Forum ərəfəsində Azərbaycan prezidenti İlham Əliyevlə Ermənistan prezidenti Robert Koçaryanla da görüşüb. Görüş zamanı Qarabağ münaqişəsinin nizamlanması məsələsi üzrə müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti