...

İyul ayında Kosovo, İraq və Əfqanıstandakı azərbaycanlı sülhməramlılar əvəzlənəcək

Siyasət Materials 6 İyun 2006 12:50 (UTC +04:00)

İyul ayında Kosovo, İraq və Əfqanıstanda olan azərbaycanlı sülhməramlıların bir qrupu Azərbaycana qayıdacaq. Bu barədə Trend ə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis əvəzi İlqar Verdiyev məlumat verib.

"Sülhməramlılarımızdan ibarət bir neçə yeni qrup isə həmin ölkələrə ezam olunacaq" - deyə İ.Verdiyev söyləyib.

Azərbaycanlı sülhməramlılardan ibarət qruplarının həmin ölkələrə sonuncu dəfə ezam olunması 2006-cı ilin yanvar ayında baş tutub. Həmin vaxt Kosovo, İraq və Əfqanıstana 104 sülhməramlıdan ibarət 3 qrup göndərilib. Sülhməramlılardan 90 nəfəri İraqa, 9 nəfəri Kosovaya, 5 nəfəri isə Əfqanıstana ezam olunub.

Xəbər lenti

Xəbər lenti