...

Arif Hacılı: "Müsavat Güney Azərbaycan Müdafiə Komitəsinin təşkilatçılığı altında mitinq keçirməyə hazırdır"

Siyasət Materials 6 İyun 2006 12:58 (UTC +04:00)

Müsavat Partiyası əmindir ki, Bakı şəhər İcra Hakimiyyəti onlara "Qələbə" meydanında mitinqin keçirilməsinə icazə verəcək. Bu barədə Trend ə Müsavat Partiyası başqanının müavini Arif Hacılı bildirib.

Qeyd edək ki, Müsavat Partiyası Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi ilə bağlı iyunun 10-da saat 17.00-dan 19.00-dək "Qələbə" meydanında mitinq-yüruş keçirməklə bağlı mayın 31-də Bakı meriyasına müraciət edib. Müraciətə hələ cavab verilməyib.

A.Hacılı qeyd edib ki, İranda soydaşlarımızın hüquqlarının tapdanması iqtidar-müxalifət məsələsi yox, ümumilli məsələdir: "Bakı şəhər İcra Hakimiyyəti bizim mitinq-yürüşümüzün keçirilməsinə icazə verəcəksə, biz Güney Azərbaycan Müdafiə Komitəsinin təşkilatçılığı altında da bu mitinqi keçirməyə hazırıq".

Xəbər lenti

Xəbər lenti