...

Misirin XİN başçısı Bakıya səfər edəcək

Siyasət Materials 7 İyun 2006 12:07 (UTC +04:00)
Misirin XİN başçısı Bakıya səfər edəcək

İyunun 19-20-də Misirin xarici işlər naziri Əhməd Əbülqeyt Bakıya səfər edəcək. Bu barədə Trend ə Misirin Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfərdə məqsəd İslam Konfransı Təşkilatı ölkələrinin xarici işlər nazirləri Şurasının iyunun 19-20-də Bakıda keçiriləcək növbəti iclasında iştirak etməkdən ibarətdir.

İclasda iştirak çərçivəsində Misirin XİN başçısı Azərbaycan hökumətinin rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirməyi planlaşdırır. Səfirlik artıq prezident İlham Əliyev və xarici işlər naziri Elmar Məmmədyarovla görüşlərin keçirilməsi xahişi ilə müraciət edib.

Xəbər lenti

Xəbər lenti