...

Pakistan XİN başçısı Xurşid Mehmud Kasuri Bakıya səfər edəcək

Siyasət Materials 7 İyun 2006 13:06 (UTC +04:00)

İyunun 19-20-də Pakistanın xarici işlər naziri Xurşid Mehmud Kasuri Bakıya səfər edəcək. Bu barədə Trend ə diplomatik mənbələrdən məlumat verilib.

Səfərdə məqsəd İslam Konfransı Təşkilatı Xarici İşlər Nazirləri Şurasının iyunun 19-20-də Bakıda keçiriləcək növbəti iclasında iştirak etməkdən ibarətdir.

İclasda iştirak çərçivəsində Pakistanın XİN başçısı Azərbaycan hökumətinin rəsmi şəxsləri, xüsusilə ölkə prezidenti İlham Əliyev, baş nazir Artur Rəsizadə və xarici işlər naziri Elmar Məmmədyarovla görüşməyi planlaşdırır.

Xatırladaq ki, İKT 1969-cu ilin sentyabrında müsəlman ölkələrinin prezidentləri və hökumət başçılarının Rabatda (Mərakeş) keçirilmiş konfransında yaradılıb. İslam dünyasına mənsubluğunu bəyan edən istənilən dövlət təşkilatın üzvü ola bilər. Hazırda İKT-nin 50-dən çox üzvü var: Azərbaycan, Türkiyə, Əfqanıstan, Əlcəzair, Çad, Misir, Qvineya, İndoneziya, İran, İordaniya, Küveyt, Livan, Liviya, Malayziya, Mali, Mavritaniya, Mərakeş, Niger, Pakistan, Fələstin, Səudiyyə Ərəbistanı, Seneqal, Somali, Sudan, Tunis, Yəmən, Bəhreyn, Oman, Qətər, Serra-Leone, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Banqladeş, Burkina-Faso, Kamerun, Qabon, Qvineya-Bisau, Uqanda, İraq, Komor, Maldiv, Cibuti Benin, Bruney, Nigeriya, Albaniya, Qırğızıstan, Tacikistan, Türkmənistan, Mozambik, Qazaxıstan, Surinam, Özbəkistan, Toqo, Qayana, Kot D"İvuar.

Xəbər lenti

Xəbər lenti