...

Rövnəq Abdullayev: 2010-cu ildə Azərbaycanda təxminən 65 mln. ton neft hasil ediləcək

Siyasət Materials 7 İyun 2006 14:42 (UTC +04:00)
Rövnəq Abdullayev: 2010-cu ildə Azərbaycanda təxminən 65 mln. ton neft hasil ediləcək

Azərbaycan Dövlət Neft Şirkəti "Qarabağ" yatağında və digər perspektivli sahələrdə işlər həyata keçirməyə hazırlaşılır. Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 7-də Bakıda keçirilmiş "Xəzər hövzəsində neft-qaz əməliyyatlarının sabit inkişafı" konfransında ARDNŞ prezidenti Rövnəq Abdullayev bəyan edib.

Onun sözlərinə görə, ARDNŞ gələcəkdə bu istiqamətdə işləri davam etdirmək niyyətindədir. "2010-cu ildə Azərbaycanda təxminən 65 mln. ton neft hasil ediləcək", - deyə o bildirib. Hazırda ARDNŞ şirkətin strukturunun dəyişdirilməsi, kəşfiyyat, geofiziki, geotexniki və digər işlərin genişləndirilməsini davam etdirir. Kadrların hazırlanması istiqamətində fəal işlər gedir.

O qeyd edib ki, 2007-ci ildə şirkətin beynəlxalq auditi keçiriləcək. Bundan başqa ARDNŞ 2008-ci ildə mühasibat uçotunun beynəlxalq standartlarına keçəcək şirkətlər siyahısına daxildir.

Xəbər lenti

Xəbər lenti