...

Liviya İKT XİN başçılarının Bakı iclasında nazir müavini səviyyəsində təmsil olunacaq

Siyasət Materials 7 İyun 2006 17:24 (UTC +04:00)

Liviya İslam Konfransı Təşkilatı XİN başçılarının iyunun 19-20-də Bakıda keçiriləcək iclasında xarici işlər naziri müavininin rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunacaq. Bu barədə Trend ə Liviyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Liviya nümayəndə heyətinə nazirin Asiya regionu üzrə müavini Məhəmməd əl Bərani rəhbərlik edəcək. Nümayəndə heyətinin tərkibinə Liviya XİN-in 10-a yaxın nümayəndəsi daxil olacaq.

İclasda iştirak çərçivəsində nümayəndə heyəti Azərbaycanın rəsmi şəxsləri ilə bir sıra görüşlər keçirməyi planlaşdırır.

Xatırladaq ki, İKT 1969-cu ilin sentyabrında müsəlman ölkələrinin prezidentləri və hökumət başçılarının Rabatda (Mərakeş) keçirilmiş konfransında yaradılıb. İslam dünyasına mənsubluğunu bəyan edən istənilən dövlət təşkilatın üzvü ola bilər. Hazırda İKT-nin 50-dən çox üzvü var: Azərbaycan, Türkiyə, Əfqanıstan, Əlcəzair, Çad, Misir, Qvineya, İndoneziya, İran, İordaniya, Küveyt, Livan, Liviya, Malayziya, Mali, Mavritaniya, Mərakeş, Niger, Pakistan, Fələstin, Səudiyyə Ərəbistanı, Seneqal, Somali, Sudan, Tunis, Yəmən, Bəhreyn, Oman, Qətər, Serra-Leone, Suriya, Birləşmiş Ərəb Əmirlikləri, Banqladeş, Burkina-Faso, Kamerun, Qabon, Qvineya-Bisau, Uqanda, İraq, Komor, Maldiv, Cibuti Benin, Bruney, Nigeriya, Albaniya, Qırğızıstan, Tacikistan, Türkmənistan, Mozambik, Qazaxıstan, Surinam, Özbəkistan, Toqo, Qayana, Kot D"İvuar.

Xəbər lenti

Xəbər lenti