...

Bakı meriyası AMİP-in iyunun 9-a planlaşdırdığı aksiyaya icazə verməyib

Siyasət Materials 7 İyun 2006 17:28 (UTC +04:00)

Bakı şəhər İcra Hakimiyyəti iyunun 9-da İran səfirliyi qarşısında etiraz aksiyası keçirmək istəyən Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) rəhbərliyinin müraciətinə cavab göndərib. Bu barədə Trend ə AMİP tərəfindən planlaşdırılan piketin təşkilatçısı Rəşad Bayramov bildirib.

R.Bayramov bildirib ki, Bakı meriyasının onlara ünvanladığı cavab məktubunda qeyd olunub: "İran İslam Respublikasında yaşayan soydaşlarımızla bağlı baş verən hadisələr AMİP kimi ölkəmizin vətəndaşlarının da böyük narahatçılığına səbəb olub və onlar öz etirazlarını kütləvi informasiya vasitələrinə bildirirlər. Hesab edirik ki, bu məsələ ilə əlaqədar etiraz aksiyası keçirmək deyil, sivill qaydada mövqeyinizi bildirmək daha faydalı olardı. Qeyd olunanlarla bağlı iyunun 9-da saat 16.00-da İran səfirliyi qarşısında planlaşdırılan piketin keçirilməsi məqsədəuyğun hesab edilmir".

R.Bayramov onu da bildirib ki, Bakı meriyasının cavabından asılı olmayaraq onlar iyunun 9-da saat 16.00-da İran səfirliy qarşısında icazəsiz aksiya keçirməkdə israrlıdırlar.

Xəbər lenti

Xəbər lenti