...

2009-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınması həyata keçiriləcək

Siyasət Materials 7 İyun 2006 19:53 (UTC +04:00)
2009-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınması həyata keçiriləcək

2009-cu ildə Azərbaycanda əhalinin siyahıyaalınması həyata keçiriləcək. Trend agentliyinin məlumatına əsasən, müvafiq fərman Azərbaycan prezidenti İlham Əliyev tərəfindən iyunun 7-də imzalanıb.

Siyahıyaalınma 2009-cu ilin aprelin 13-22-də gerçəkləşdiriləcək. Dövlət Statistika Komitəsinə siyahıyaalınmaya hazırlıq işləri görmək, onun yekunlarını işləmək və təhlil etmək, eləcə də nəticələri dərc etmək tapşırılıb.

Nazirlər Kabinetinə isə iki ay müddətində hazırlıq işlərinin görülməsini və onun keçirilməsini təmin edən tədbirlər planını təsdiq etmək tapşırılıb.

Xəbər lenti

Xəbər lenti