...

Gəncənin mərkəzi bazarı yenidən qurulur

Siyasət Materials 7 İyun 2006 20:09 (UTC +04:00)

Gəncə şəhərindək "Gəncə Bazar" Səhmdar Cəmiyyətindən Trend in Qərb bürosuna verilən məlumata görə, bazarda yenidənqurma işlərinə başlanılıb. Cəmiyyətin sədr müavini Həsən Həsənovun sözlərinə görə, bu təşəbbüsü şəhər icra hakimiyyətinin başçısı Eldar Əzizov irəli sürüb. Layihənin müəllifi isə şəhərin baş memarı Məmməd İbrahimovdur.

Həsənovun dediyinə görə, bazarda meyvə-tərəvəz satmaq üçün yeni şöbə tikilir və bu obyektlər Avropa standartları səviyyəsində təmir olunacaq. İşlərin təxminən sentyabr ayının ortalarında sona çatdırılması planlaşdırılır. Təmir işləri bazarın öz daxili imkanları hesabına aparılır.

Xəbər lenti

Xəbər lenti