...

Xoşbəxt Yusifzadə: "Azərbaycan 2010-cu il üçün neft hasilatını 3 dəfə artıracaq"

Siyasət Materials 8 İyun 2006 12:17 (UTC +04:00)
Xoşbəxt Yusifzadə: "Azərbaycan 2010-cu il üçün neft hasilatını 3 dəfə artıracaq"

2010-cu il üçün Azərbaycanda neft hasilatı ildə 65 mln. tonadək, 2005-ci ildə istehsal olumuş həcmdən demək olar ki, 3 dəfə, 2006-cı ildə planlaşdırılmış həcmdən isə 2 dəfə çox artacaq. Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 8-də Bakıda "Xəzər hövzəsində neft-qaz əməliyyatlarının sabit inkişafı" adlı konfransda ARDNŞ-in geologiya və geofizika üzrə vitse-prezidenti Xoşbəxt Yusifzadə bəyan edib.

Onun sözlərinə görə, Azərbaycanın neft sənayesi tarixində xammal istehsalının rekord həcmi (23,5 mln. ton) 1944-cü ildə qeydə alınıb.

"Azərbaycan orta müddətli perspektivdə böyük maraq kəsb edəcək mezozoy dövrü laylarının işlənməsinə xüsusi önəm verir", - deyə o qeyd edib.

X.Yusifzadə bildirib ki, Azərbaycan öz vəsaiti hesabına "Ümid-Babək" dəniz yataqlarının işlənməsinə başlamaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti