...

Azərbaycan XİN "Ermənistanın Dağlıq Qarabağ regionu xarici işlər nazirinin" Livan prezidenti tərəfindən qəbulu ilə bağlı informasiyanı dəqiqləşdirir

Siyasət Materials 8 İyun 2006 12:38 (UTC +04:00)
Azərbaycan XİN "Ermənistanın Dağlıq Qarabağ regionu xarici işlər nazirinin" Livan prezidenti tərəfindən qəbulu ilə bağlı informasiyanı dəqiqləşdirir

Azərbaycanın Xarici İşlər Nazirliyi "Ermənistanın Dağlıq Qarabağ regionu XİN başçısının" Livan prezidenti tərəfindən qəbulu ilə bağlı informasiyanı dəqiqləşdirir.

Bu barədə Trend ə Azərbaycan XİN-in İnformasiya və Mətbuat İdarəsinin rəisi Tahir Tağızadə məlumat verib.

Qeyd edək ki, Livan prezidentinin saytında Emil Lahudun baş katib Hovik Mahtaryanın (Hovik Makhtarian) başçılıq etdiyi Ermənistanın "Daşnaksütun" partiyasının nümayəndə heyəti ilə görüşü barədə məlumat yerləşdirilib. Məlumata görə, görüşdə Georgi Petrosyanın başçılıq etdiyi, Ermənistanın "Dağlıq Qarabağ" regionunun nümayəndə heyəti bu ölkənin Livandakı səfiri Sergey Əmirhanyan və başqaları da iştirak edib.

Xəbər lenti

Xəbər lenti