...

Rumıniya parlamentinin üzvləri 2006-cı ilin sonunda Azərbaycana səfər edəcək

Siyasət Materials 8 İyun 2006 12:42 (UTC +04:00)

Rumıniya parlamentinin üzvləri 2006-cı ilin sonunda Azərbaycana səfər edəcək. Trend xəbər verir ki, bu barədə Rumıniyada səfərdə olan Azərbaycan-Rumıniya parlamentlərarası dostluq qrupunun rəhbəri Azay Quliyevin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Məlumatda bildirilib ki, Rumıniyada səfərdə olan Milli Məclisin deputatları Rumıniya senatının prezidenti, Deputatlar palatasının sədr müavini, Dostluq qrupunun rəhbəri, Ticarət Palatasının sədr müavini, inteqrasiya naziri, Azərbaycanın Rumıniyadakı səfiri, QHT və iş adamları ilə görüşlər keçirib. Görüşlər zamanı ikitərəfli əlaqələr, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, müxtəlif sahələrdə iş birliyinin qurulması, QHT-lərin əməkdaşlıq şurasının yaradılması məsələləri müzakirə olunub.

Parlamentarilər konkret məsələləri müəyyənləşdirib, fəaliyyət planı hazırlamaq üçün parlamentlərarası işçi qrupunun ekspertlərindən ibarət komissiyanın yaradılması haqqında ilkin razılıq əldə ediblər.

Azərbaycan millət vəkillərinin (Azay Quliyev, Nizami İsgəndərov və Cəmil Həsənli) Rumıniyaya səfəri iyunun 9-da başa çatacaq.

Xəbər lenti

Xəbər lenti