...

YAP "Qurtuluşdan başlanan yol" mövzusunda elmi-praktik konfrans keçirəcək

Siyasət Materials 9 İyun 2006 12:44 (UTC +04:00)

İyunun 13-də saat 12.00-də hakm Yeni Azərbaycan Partiyası (YAP) iyunun 15-i Milli Qurtuluş Günü ilə bağlı "Park İnn" otelində "Qurtuluşdan başlanan yol" mövzusunda elmi-praktik konfrans keçirəcək. Bu barədə Trend ə YAP mətbuat xidmətinin rəhbəri Hüseyn Paşayev bildirib.

Konfransada YAP rəhbərliyi, Milli Məclisin üzvləri, partiya sədrləri, dövlət və hökumət rəsmiləri iştirak edəcək. H.Paşayev qeyd edib ki, mövzu əsasən Azərbaycanın neft strategiyasına həsr olunacaq. YAP rəsmisi onu da vurğulayıb ki, Milli Qurtuluş Günü ilə bağlı partiyanın Gənclər Birliyi bölgələrdə "Siyasi biliklər" mövzusunda müsabiqələr keçirir. Müsabiqələrin yekunu ilə bağlı tədbir iyunun 14-də keçiriləcək.

H.Paşayev onu da vurğulayıb ki, Milli Qurtuluş Günü ilə bağlı YAP-ın bütün rayon və şəhər təşkilatlarında elmi-parktik konfranslar və digər tədbirlər keçirilməkdədir.

Xəbər lenti

Xəbər lenti