...

Müsavat Partiyası iyunun 10-da "Qələbə" meydanında keçirəcəyi mitinq-yürüşü təxirə salıb

Siyasət Materials 9 İyun 2006 15:03 (UTC +04:00)

Müsavat Partiyası iyunun 10-na "Qələbə" meydanında planlaşdırdığı mitinq-yürüşünü təxirə salıb. Bu barədə Trend ə Müsavat Partiyasının mətbuat xidmətindən bildiriblər.

Qeyd edək ki, adıçəkilən partiya Güney Azərbaycanda yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi ilə bağlı iyunun 10-u saat 17.00-dan 19.00-dək "Qələbə" meydanında mitinq-yüruş keçirməyi planlaşdırmışdı. Bununla bağlı mayın 31-də Bakı şəhər İcra Hakimiyyətinə müraciət etmişdi. Bakı meriyası iyunun 8-də Müsavat Partiyasının mitinq-yürüşünə icazə vermədikdən sonra partiyanın başqanı İsa Qəmbər meriyanın cavabını müzakirə etmək məqsədilə iyunun 9-da müavinləri ilə müşairə keçirib.

Mətbuat xidmətindən bildiriblər ki, müşavirədə iyunun 10-a planlaşdırılan mitinq-yürüşün təxirə salınması qərara alınıb. Qeyd olunub ki, ancaq mitinq keçirməklə bağlı məsələ gündəmdədir. Gələn həftə isə İranda baş verən məlum hadisələrə münasibət olaraq Müsavat Partiyası dəyirmi masa keçirəcək.

Xəbər lenti

Xəbər lenti