...

AMİP-in İran səfirliyi qarşısında keçirmək istədiyi piket baş tutmayıb

Siyasət Materials 9 İyun 2006 17:03 (UTC +04:00)

İyunun 9-da Azərbaycan Milli İstiqlal Partiyasının İran İslam Respublikasının Azərbaycandakı səfirliyi qarşısında keçirmək istədiyi piket baş tutmayıb. Trend xəbər verir ki, səfirliyin ərazisindəki polis qüvvəsi buna imkan verməyib.

40-a yaxın piket iştirakçısı İİR səfirliyi ilə təqribən 100 metr aralı məsafədə polisin müqaviməti ilə üzləşib. Aksiyanın bir neçə iştirakçısı polis tərəfindən saxlanılıb.

Buna baxmayaraq piketin təşkilatçıları AMİP-in qətnaməsini iştirakçılara və jurnalistlərə paylayıbldar. Qətnamədə qeyd olunur ki, İİR-in "İran" rəsmi qəzetində azərbaycanlıların təhqir olunması və bu təhqirə qarşı etiraz səsini qaldıran minlərlə azərbaycanlılara divan tutulması AMİP tərəfindən hiddətlə qarşılanıb.

Qətnamədə Güney Azərbaycanda yaşayan soydaşlarımıza qarşı İran hakimiyyətinin başladığı zorakılıq hallarına, repressiyalara, təqiblərə son qoyulması tələb olunur.

Xəbər lenti

Xəbər lenti