...

"Bizim Azərbaycan" blokuna yeni sədr seçilib

Siyasət Materials 10 İyun 2006 11:07 (UTC +04:00)

"Bizim Azərbaycan" blokunun Sədrlər şurasının toplantısı keçirilib. Trend xəbər verir ki, toplantıda iyun-iyul ayları üçün bloka yeni sədrin seçilməsi məsələsi müzakirə olunub.

Səsvermə çoxluğu ilə Demokratik Sosialist Xalq Partiyasının sədri Zahid Sofibəyli növbəti aylar üçün "Bizim Azərbaycan" blokuna sədr seçilib. Toplantıda digər məsələlər də müzakirə olunub. Blokun Sədrlər Şurası Dağlıq Qarabağ problemi ilə bağlı Azərbaycan və Ermənistan prezidentlərinin son Buxarest danışıqlarına münasibət bildiriblər və rəsmi Bakının tutduğu mövqeyini dəstəkləyiblər.

Müzakirə olunan sonuncu məsələ isə adıçəkilən bloka daxil olan partiyaların birləşməsi ilə bağlı olub. Birləşdirici Komissiyanın hesabatı dinlənilib. Qeyd edək ki, ilkin razılışmaya əsasən, partiyaların birləşəcəyi qurumun adının "Bizim yol" olacağı nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti