...

AMİP rəhbərliyi Qərb bölgəsinə səfər edib

Siyasət Materials 10 İyun 2006 12:27 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) rəhbərliyi iyunun 10-da Qərb bölgəsinə səfər edib. Bu barədə Trend ə AMİP sədrinin əvəzi, partiyanın Mərkəzi Şurasının sədri Ayaz Rüstəmov bildirib.

A.Rüstəmov qeyd edib ki, səfərdə məqsəd partiyanın bu bölgədə yerləşən rayon təşkilatlarının fəaliyyəti ilə maraqlanmaqdır: "Əslində partiyanın hey bir raoyn və şəhər təşkilatlarında problem yoxdur. Qurultaya hazırlıqla bağlı bütün işlərimizi yekunlaşdırmışıq. Rayon və şəhər təşkilatlarımız qurultaya tam hazırdır. Təşkilatlanma da sürətlə aparılır. Sadəcə olaraq vaxtımızdan istifadə edib qərb bölgəsində yerləşən təşkilatlarımızın fəaliyyəti ilə maraqlanırıq".

A.Rüstəmov onu da bildirib ki, partiyanın növbəti qurultayı iyunun sonunadək keçiriləcək: "Bu bizim qəti qərarımızdır. Qurultayın dəqiq nə vaxt keçiriləcəyi günü isə yaxın vaxtlarda müəyyənləşdirəcəyik".

Xəbər lenti

Xəbər lenti