...

QTİB idarə edənlərinin illik iclası çərçivəsində biznes-forum Bakıda öz işinə başlayıb

Siyasət Materials 12 İyun 2006 13:16 (UTC +04:00)
QTİB idarə edənlərinin illik iclası çərçivəsində biznes-forum Bakıda öz işinə başlayıb

Bu gün Qara dəniz Ticarət və İnkişaf Bankı (QTİB) idarə edənlərinin illik iclası çərçivəsində biznes-forum Bakıda öz işinə başlayıb. Trend in verdiyi xəbərə görə, tədbiri Azərbaycan prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Vahid Axundov açıb. O, forum iştirakçılarına ölkə prezidentinin müraciətini oxuyub.

Müraciətdə deyilir ki, son illər Qara dəniz hövzəsindəki fəallıq əhəmiyyətli dərəcədə artıb. Prezidentin müraciətində deyilir: "Mən ümid edirəm ki, bu, gələn illər ərzində də davam edəcək. Azərbaycan regional əməkdaşlığa böyük diqqət ayırır. Qara dəniz hövzəsi Qərb və Şərqin sərhədində yerləşdiyindən, bu, Azərbaycanın Avropa cəmiyyətinə inteqrasiyasında mühüm rol oynayacaq".

İqtisadi inkişaf naziri Heydər Babayevin sözlərinə görə, bu günkü biznes-forumda təxminən 200 nəfər iştirak edib. Onun sözlərinə görə, iclas çərçivəsində iqtisadi əməkdaşlığın gücləndirilməsi məsələləri gözdən keçirilib. O, forum iştirakçılarını ölkənin iqtisadi nailiyyətləri ilə tanış edib.

"2005-ci ildə Azərbaycanda iqtisadi artım 26%-i ötüb. Qeyri-neft sektorunun artımı 10%-i keçib. 5-10 il ərzində ölkəyə gözlənilən böyük daxilolmalar səbəbindən Azərbaycan inkişafı, xüsusilə də infrastrukturun inkişafını davam etdirmək fikrindədir. BTC və SCP kimi iri layihələrin reallaşmasına baxmayaraq, qeyri- neft sektorunun artımı neft sektorundakı artımı ötüb. Gələn illərdə ən vacib məsələ potensialın məşğulluğun yüksəldilməsinə və təhsil sisteminin inkişafına yönəldilməsi, davamlı inkişafı təmin etməkdir", - deyə Heydər Babayev bildirib.

O qeyd edib ki, ölkənin siyasi kursuna Qara dəniz regionunda əməkdaşlığın genişləndirilməsi də daxildir. "Ölkədə Dövlət İnvestisiya Şirkəti təsis edilib, bu şirkət Azərbaycan layihələrində iştirak etmək üçün xarici kapitalın cəlb olunmasına şərait yaradır", - deyə nazir qeyd edib.

QTİB prezidenti Hayrettin Kaplan deyib ki, Qara dəniz regionunda regional əməkdaşlıq üçün şərait yaradılıb, bu da region ölkələrinin inkişafından xəbər verir. Bu ölkələr 2000-ci ildən etibarən iqtisadi artıma görə yalnız Çindən geri qalıb. "Əgər 2000-2005-ci illərdə dünyadakı iqtisadi artım - 2,7 %, Avropada - 1,7 % təşkil etmişdisə, o zaman Qara dəniz regionunda bu artım 5 % olub", - deyə QTİB prezidenti vurğulayıb.

Xəbər lenti

Xəbər lenti