...

Neftin qiymətinin $40 olması Azərbaycana 15 il ərzində $100 mlrd-dan çox gəlir götürməyə imkan verəcək

Siyasət Materials 12 İyun 2006 13:38 (UTC +04:00)
Neftin qiymətinin $40 olması Azərbaycana 15 il ərzində $100 mlrd-dan çox gəlir götürməyə imkan verəcək

2006-cı ildə ÜDM-in 40%-dək artması gözlənilir və bu, Azərbaycan üçün son səviyyə deyil. Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 12-də QTİB-in illik iclası çərçivəsində keçirilən biznes-forumda Azərbaycanın maliyyə naziri, bankın Azərbaycandan olan direktoru Samir Şərifov məlumat verib.

Onun sözlərinə görə, respublikada neft gəlirləri sahəsində əlverişli iqtisadi mühit yaradılıb və növbəti 15 il ərzində böyük həcmdə daxilolmalar gözlənilir. "Neftin bir barelinin qiymətinin $40 olduğu halda ölkəyə $100 mlrd-dan çox vəsait daxil olacaq", - deyə o bildirib.

Bununla əlaqədar maliyyə sektorunun inkişafı çox vacibdir və bank sektorunun fəaliyyətinin beynəlxalq standartlara çatdırılması üçün hökumət şərait yaratmalıdır. "Bank sektorunda xidmətlərin keyfiyyətinin artırılması üzrə tədbirlər görülməlidir", - deyə S.Şərifov sonda bildirib.

Xəbər lenti

Xəbər lenti