...

Əli Əhmədov: "Azərbaycanın bəzi müxalifət partiyaları respublika haqqında mənfi fikir yaratmaq üçün hər imkandan istifadə edir"

Siyasət Materials 13 İyun 2006 16:49 (UTC +04:00)

"Azərbaycanın bəzi müxalifət partiyaları respublika haqqında mənfi fikir yaratmaq üçün hər imkandan istifadə edir. Bu, rəsmi Bakı və Avropa Şurası arasında əlaqələrin inkişafından aydın görünür. Trend in xəbər verdiyi kimi, bu barədə jurnalistlərlə söhbətində Yeni Azərbaycan Partiyasının icraçı katibi Əli Əhmədov bəyan edib.

"Son illərdə keçirilmiş seçkilər zamanı Azərbaycan seçicilərinin hansı siyasi qüvvəni dəstəklədiyi aydın görünməyə başlayıb və mən əminəm ki, uduzmuş siyasi partiyaların bəyanatları beynəlxalq qurumların respublika ilə əlaqələrinin inkişafı üçün meyar ola bilməz", - deyə YAP-ın icraçı katibi qeyd edib.

Ə.Əhmədov vurğulayıb ki, YAP AŞ ilə əlaqələrin inkişafına böyük önəm verir. "Düşünmürəm ki, AŞPA-nın yay sessiyası Azərbaycan üçün neqativ nəticələrə gətirəcək. Narahatlıq üçün əsas yoxdur. Müzakirələr konstruktiv şəraitdə aparılacaq", - deyə Ə.Əhmədov bildirib.

Xəbər lenti

Xəbər lenti