...

Siyasi partiyalar bələdiyyədə boş qalan yerlərə keçiriləcək təkrar seçkilərdə iştirak edəcək

Siyasət Materials 14 İyun 2006 12:06 (UTC +04:00)

"Bizim Azərbaycan" bloku oktyabrın 6-da 141 bələdiyyədə boş qalmış yerlərə keçiriləcək təkrar seçkilərdə iştirak edəcək. Bu barədə Trend ə adıçəkilən blokun mətbuat xidmətindən bildiriblər.

Qeyd olunub ki, blok bələdiyyə seçkilərinə hazırlıqla bağlı işini yekunlaşdırmaq üzrədir. O da bildirilib ki, blokda təmsil olunan partiyalar gələn ay öz namizədlərini müəyyənləşdirəcək. Sosial Rifah partiyasının sədri, millət vəkili Xanhüseyn Kazımlı da bildirib ki, bələdiyyə seçkilərində iştirak edəcəklər.

Böyük Quruluş Partiyası isə Siyasi Qurulun iyunun 17-də keçiriləcək toplantısında bu məsələni müzakirə edəcək. Siyasi Qurulun üzvü Əjdər Əliyevin bildiridiyinə görə, toplantıda partiyanın ikinci qurultayına hazırlıqla bağlı məsələlərlə yanaşı oktyabrın 6-da bələdiyyədə boş qalan yerlərə keçiriləcək təkrar seçkilərdə iştirakı da müzakirə olunacaq.

Onu da bildirək ki, Ana Vətən Partiyası, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası, Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinə daxil olan bəzi partiyalar bu prosesdə iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti