...

Azərbaycanın Rabitə Nazirliyi rabitə müəssisələrinin özəlləşdirilməsi ilə bağlı təklifləri hökumətə təqdim edib

Siyasət Materials 14 İyun 2006 13:46 (UTC +04:00)
Azərbaycanın Rabitə Nazirliyi rabitə müəssisələrinin özəlləşdirilməsi ilə bağlı təklifləri hökumətə təqdim edib

Azərbaycanın Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi Aztelekom və Bakı Telefon Rabitəsi-nin özəlləşdirilməsi ilə bağlı təklifləri hökumətə təqdim edib. Trend in xəbər verdiyi kimi, bu barədə iyunun 14-də rabitə naziri Əli Abbasov məlumat verib.

Onun sözlərinə görə, birinci mərhələdə bu müəssisələrin idarəetməyə verilməsi imkanları, ikinci mərhələdə isə tam özəlləşdirilməsi məsələsi nəzərdən keçiriləcək. Ə.Abbasov qeyd edib ki, müəssisələrin idarəetməyə verilməsi payıza planlaşdırılıb.

"Yaxın vaxtlarda yüksək texnologiyalı azad iqtisadi zonanın yaradılacağı ilə əlaqədar bu məsələ qısa müddət ərzində həll olunmalıdır", - deyə nazir bildirib.

Xəbər lenti

Xəbər lenti