...

Nizami Cəfərov: "Türk Xalqlarının Parlament Assambleyasının yaradılması ilə bağlı Türkiyə parlamentariləri ilə görüşümüz olacaq"

Siyasət Materials 14 İyun 2006 14:54 (UTC +04:00)

Payızda Türk Xalqlarının Parlament Assambleyasının yaradılması ilə bağlı Türkiyə parlamentariləri ilə görüşümüz olacaq. Bu barədə Trend ə Milli Məclisin mədəniyyət məsələləri daimi komissiyasının sədri, Azərbaycan-Türkiyə parlamentlərarası dostluq qrupunun rəhbəri, professor Nizami Cəfərov bildirib.

N.Cəfərov onu da qeyd edib ki, görüşün harada keçiriləcəyi hələ dəqiq deyil: "Ola bilsin ki, ya biz Türkiyəyə gedək, ya da onlar Bakıya gəlsinlər. Ancaq mütləq bu məsələni müzakirə edəcəyik". Professor onu da vurğulayıb ki, hər iki ölkənin parlamentlərarası dostluq qruplarının qarşısında duran başlıca vəzifə budur.

N.Cəfərov bildirib ki, əgər bu mexanizmini hazırlayıb həyata keçirə bilsələr türk xalqlarının mədəni, sosial, ideoloji qurumlarının əlaqələrinin genişləndirilməsi assambleya səviyyəsində qurula bilər. N.Cəfərov onu da söyləyib ki, bu məsələ ilə bağlı əvvəlcə Türkiyə parlamentariləri ilə məsələhtələşmələr aparılacaq, daha sonra isə digər türkdilli xalqların parlamentlərinə birgə müraciət ediləcək.

Xəbər lenti

Xəbər lenti