...

Ümid Partiyası iyunun 15-də İran səfirliyi qarşısında aksiya planlaşdırıb

Siyasət Materials 14 İyun 2006 15:00 (UTC +04:00)

Müxalifətin Siyasi Əlaqələndirmə Mərkəzinin (MSƏM) iyunun 7-də keçirilən toplantısında qəbul edilən qərara əsasən iyunun 15-də Ümid Partiyası Güneydə baş verən məlum hadisələrlə bağlı İran səfiirliyi qarşısında etiraz aksiyası keçirəcək. Bu barədə Trend ə MSƏM-in təsisçilərindən olan AMİP sədrinin əvəzi Ayaz Rüstəmov bildirib.

A.Rüstəmov onu da qeyd edib ki, etiraz aksiyası saat 15.00-a təyin edilib. AMİP rəsmisi onu da vurğulayıb ki, MSƏM-ə daxil olan Azərbaycan Milli Demokrat Partiyası iyunun 13-də İran səfirliyi qarşısında etiraz aksiyası keçirməyə cəhd göstərib. Lakin polislər aksiyanın iqarşısını alıb: "İyunun 14-də saat 15.00-da isə Milli Dirçəliş Hərəkatının üzvləri İran səfirliyi qarşısında aksiya planlaşdırıb".

AMİP-in özü isə iyunun 15-də saat 16.00-da İran səfirliyi qarşısında aksiya keçirəcək. Aksiyaların keçirilməsi ilə bağlı qanun çərçivəsində Bakı şəhər İcra Hakimiyyətinə müraciətlər edilib.

Xəbər lenti

Xəbər lenti