...

AMİP Mahmudəli Çöhrəqanlının deportasiyasına qarşı etiraz bəyanatı yayıb

Siyasət Materials 14 İyun 2006 19:32 (UTC +04:00)

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri Mahmudəli Çörəqanlının Türkiyə və Azərbaycandan deportasiya olunması ilə bağlı etiraz bəyanatı yayıb. Bu barədə Trend ə AMİP-dən məlumat verilib.

Bəyanatda bildirilir ki, Azərbaycan bütün dünyada yaşayan azərbaycanlıların vətəni olduğu üçün M.Çöhrəqanlının ölkədən çıxarılması mənəvi-əxlaqi dəyərlərə uyğun gəlmir. AMİP GAMOH liderinin ölkədən çıxarılmasını Cənubi Azərbaycanda başlanan milli hərəkata qarşı atılan addım kimi qiymətləndirir. Partiyanın bəyanatında vurğulanır ki, Azərbaycan rəhbərliyi bütün dünyada yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsini öz üzərinə götürməyə borcludur və buna məsuliyyətlə yanaşmalıdır.

Xəbər lenti

Xəbər lenti