...

Daşkəsəndə yeni müəssisə istifadəyə verilib

Siyasət Materials 14 İyun 2006 19:55 (UTC +04:00)

Bu gün Daşkəsən rayonunun Quşçü kəndində yeni istehsal müəssəsinin açılışı olub. Tədbirdə rayon icra hakimiyyətinin başçısı, ətraf raoynların fermerləri iştirak edib. Qeyd edək ki, istehsal müəssəsi Avropa maliyyə institutlarının dəstəyi ilə İtaliyanın Remoe şirkəti tərəfindən tikilib. Təxminən 130 min avro dəyərində olan müəssə gün ərzində 5 ton süd qəbul etmək gücünə malikdir. Müəssənin rəhbəri Fəxrəddin Cabbarovun verdiyi məlumata görə, sexdə pendir, şor, xama və digər məhsulluarı istehsal olunur. Cabbarov bildirdi ki, hələlik xammal rayonun kəndlərindəki fermerlərdən alınır. Gələcəkdə isə Xanlar, Şəmkir və digər yaxın raoynların fermer təsərrüfatlarından da süd qəbulu planlaşdırılır. Müəssisə artıq bir neçə gündür ki, fəaliyyət göstərir. Holland texnologiyası ilə pendir istehsal olunub. Fəxrəddin Cabbarov onu da əlavə etdi ki, südün 1 litrini 1500 manata qəbul etdikləri üçün pendirin maya dəyəri də bir qədər yüksəkdir. Bu, təxminən 4 AYM məbləğindədəir. Gələcəkdə südün qiyməti aşağı olarsa, məhsulun qiym
əti də ucuzlaşacaq. Qeyd edək ki, məhsul hələləik respublika bazarlarında satılacaq. Yaxın gələcəkdə isə xarici ölkələrə də məhsul ixrac olunması planlaşdırılır.

Xəbər lenti

Xəbər lenti