...

VİP qeydiyyata alınmaqdan ötrü Ədliyyə Nazirliyinə müraciət edib

Siyasət Materials 16 İyun 2006 12:51 (UTC +04:00)

Vətəndaş və İnkişaf Partiyası (VİP) dövlət qeydiyyatına alınmaqdan ötrü iyunun 15-də Ədliyyə Nazirliyinə sənədlərini təqdim edib. Bu barədə Trend ə VİP sədri Əli Əliyev bildirib.

Ə.Əliyev qeyd edib ki, Ədliyyə Nazirliyinə təqdim olunan bütün sənədlər yerinədədir. Bir ay müddətinə nazirlik VİP-ə cavab verməlidir. Ə.Əliyev onu da vurğulayıb ki, iyunun sonlarında partiyanın Məclisinin iclası keçiriləcək: "Məclis mənim təqdimatımla partiyanın rəhbər strukturlarında edilən dəyişiklikləri təsdiqləməlidir".

Ə.Əliyev bildirib ki, onun təqdimatı ilə Sevil Həmidova partiya sədrinin birinci müavini, Büllur Hümbətov təşkilat üzrə müavin, Əflatun Quliyev siyasi məsələlər üzrə müavin, Eldar Həsənov isə seçki məsələləri üzrə müavin təyin olunublar.

Xəbər lenti

Xəbər lenti