...

Azərbaycan prezidenti Almatıya gəlib

Siyasət Materials 16 İyun 2006 13:27 (UTC +04:00)

İyunun 16-da günorta Azərbaycan prezidenti İlham Əliyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin iyunun 17-də Almatıda keçiriləcək sammitində iştirak etmək üçün Qazaxıstana gəlib. Trend in xəbər verdiyi kimi, Almatı hava limanında prezidenti başda Qazaxıstanın xarici işlər naziri Kasımjomart Tokayev olmaqla ölkə hökumətinin nümayəndə heyəti qarşılayıb. Prezident hava limanından onun üçün ayrılmış iqamətgaha gedib.

Almatıya ikigünlük səfəri çərçivəsində İlham Əliyev sammitdə iştirakla yanaşı bir sıra ikitərəfli danışıqlar da aparmaq niyyətindədir.

Xəbər lenti

Xəbər lenti