...

Sabir Hacıyev: "Seçki Məcəlləsi zamanın tələblərinə uyğun olaraq təkmilləşməlidir"

Siyasət Materials 16 İyun 2006 13:46 (UTC +04:00)

Seçki Məcəlləsi zamanın tələblərinə uyğun olaraq dəyişdirilməlidir. Bu barədə Trend ə Vətəndaş Birliyi Partiyasının (VBP) sədri, millət vəkili Sabir Hacıyev Venesiya Komssiyasının Azərbaycan Respublikası Seçki Məclələsinin dəyişdirilməsi ilə bağlı verdiyi tövsiyyələrinə münasibət bildirərəkən qeyd edib.

Partiya sədri qeyd edib ki, qəbul olunan hər bir qanun dəyişikliyə məruz qalır: "Təkcə Seçki Məcəlləsi yox, parlamentdə qanunvericilik sahəsində qəbul olunan bütün sənədlərdə təkmilləşdirmə prosesini aparırıq. Hakimiyyət Venesiya Komissiyasına Seçki Məcəlləsini təkmilləşdirməklə bağlı müraciət etmişdi. Bu müraciət əsasında da sənəd təkmilləşdirilməlidir. Burada qeyri-adi heç nə yoxdur".

Partiya sədri onu da vurğulayıb ki, seçki prosesinin beynəlxaq standartlara və Avropa standartlarına uyğun keçirilməsi fikri düzgün deyil: "Yaxşı olardı ki, Avropa miqyasında bu məsələni necə tənzimləmək, seçkiləri Avropa standartları səviyyəsində necə keçirməklə bağlı konvensiya qəbul olsun. Çünki seçkilərin keçirilməsi üçün belə bir standart yoxdur. Bu gün seçki komissiyalarının tərkibindən çox söhbət gedir. Gəlin Avropanın aparıcı dövlətlərinin qanunvericiliyini müşahidə edək, Onlarda seçki komissiyalarının səlahiyyətləri dövlət qurumlarındadır, daxili işlər orqanlarındadır".

Xəbər lenti

Xəbər lenti